Gürcüstanın baş prokuroru: “İşgəncə kadrları Gürcüstan televiziyasına 2 milyon dollara satılıb”

Gürcüstanın baş prokuroru: “İşgəncə kadrları Gürcüstan televiziyasına 2 milyon dollara satılıb”
# 20 sentyabr 2012 13:36 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstanın baş prokuroru Murtaz Zodelava bildirib. Onun sözlərinə görə, hazırda video materialların hər bir detalı öyrənilir. Artıq cinayətin Qldan həbsxanasında törədildiyi təsdiqlənib: ”Video materialları öyrəndikdən sonra iki cür cinayət əmələ gəlib; biri sistemli xarakterli cinayət, o birisi isə məqsədli cinayət. Bedukadze-Purtsxvanidze cinayət qrupu bu cinayəti məqsədli şəkildə törədiblər ki, bu materialları sonra üçüncü şəxsə ötürsünlər”.

Gürcüstanın baş prokuroru qeyd edib ki, Bedukadze və Purtsxvanidze Elizbaraşvili-Tamazaşvili vasitəsilə üçüncü şəxslə əməkdaşlıq ediblər: “Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan və Belçikadan siyasi sığınacaq istəyən Valdimir Bedukadze bəyanat verib ki, Gürcüstanda onun həyatı üçün təhlükə var”.

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanın cəzaların icrası naziri vəzifəsinə ombudsman Giorgi Tuquşinin namizədliyini irəli sürüb. Bu vəzifəyə təyini ilə əlaqədar prezident onun razılığını da alıb: “Ümidvaram ki, Giorgi Tuquşi penitensiar sistemində vəziyyəti stabilləşdirəcək və bu sistemdə bütünlüklə islahat apara biləcək”.

Xatırladaq ki, Gürcüstan ombudsmanı Giorgi Tuquşi bu vəzifədə keçmiş cəzaların İcrası naziri Xatuna Kalmaxelidzeni əvəz edəcək. Sabiq nazir televiziyada məhbuslara dair video görüntülər yayımlandıqdan sonra istefa verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR