Ümumdünya Turizm Təşkilatı İpək Yolu ölkələri arasında viza rejiminin sadələşdirilməsini dəstəkləyir

Ümumdünya Turizm Təşkilatı İpək Yolu ölkələri arasında viza rejiminin sadələşdirilməsini dəstəkləyir
# 07 sentyabr 2012 12:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan BMT Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai bu gün Əbülfəs Qarayevlə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfransının keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi təsadüfi deyil: “Azərbaycan turizm sahəsində inkişaf edən ulduzdur. Azərbaycanda istər turizmin, istərsə də digər sahələrin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün bu imkanlardan kifayət qədər istifadə edilir”.

ÜTT baş katibi eləcə də, konfrans çərçivəsində səsləndirilmiş İpək Yolu üzərində yerləşən ölkələr arasında viza sadələşdirilməsi ilə bağlı da məsələyə aydınlıq gətirib və bu təklifin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb: “Bu, bizimlə bağlı məsələ olmadığından qərar vermək çətindir. Amma biz tövsiyə edərdik ki, bu məsələni hər bir ölkə öz qanunvericiliyinə uyğun olaraq lazımi səviyyədə dəyərləndirsin. Əgər sözügedən təklif həyata keçirilirsə, o zaman Yaponiyadan tutmuş Portuqaliyaya kimi bütün ölkələr arasında vizalar sadələşdiriləcək, bu da turizmin inkişafına böyük töhfələr verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR