Bu il Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək

Bu il Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək
# 28 avqust 2012 14:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu il Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək. İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, qurultay bu ilin sonuna kimi baş tutacaq və bu günlərdə keçirilməsi nəzərdə tutulan İdarə Heyətinin iclasında qurultayla bağlı bütün məsələlər, eyni zamanda tarixləri aydınlaşacaq. İ. Hacıxanoğlu deyib ki, artıq qurultaya hazırlıq prosesinə start verilib. Bu məqsədlə bəstəkarlar haqqında təfsilatı informasiyaların yer alacağı məlumat kitabçası hazırlanır.

Qurultay müddətində ABİ-yə yeni sədr və idarə heyəti də seçiləcək. Bəstəkarla İttifaqının sonuncu qurultayı beş il bundan əvvəl, 2007-ci ilin mart ayında keçirilib və Firəngiz Əlizadə ittifaqın sədri seçilib.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildən SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR