Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina Akademiyasinda məzun buraxilişına həsr olmuş təntənəli mərasim keçirilib - FOTO

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adina Akademiyasinda məzun buraxilişına həsr olmuş təntənəli mərasim keçirilib - <font color=red>FOTO</font>
# 14 iyul 2012 12:04 (UTC +04:00)
MTN İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti, təhlükəsizlik orqanlarının veteranları və məzunların valideynləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, abidəsinin önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

General-leytenant Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Nazir Eldar Mahmudov bildirib ki, təcrübəli müəllimlərdən aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri məzunların vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacaq. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir Eldar Mahmudov, məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının ulu öndərin peşəkarlıq və vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.

Nazir Eldar Mahmudov ulu öndərin adı və fəaliyyəti ilə bağlı hər bir amilin əziz olduğunu, nümunə və örnək xarakteri daşıdığını, 14 iyul gününün bütün Azərbaycan xalqı və dövlətçilik tarixi üçün əlamətdar olduğunu bildirib. 1969-cu ilin həmin günü ümummilli lider Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbərlik etməyə və böyük siyasət aləmində fəaliyyətə başlayıb. O vaxtdan Azərbaycan özünün yeni tarixi epoxasına qədəm qoyub, daha geniş miqyasda gələcək müstəqil Azərbaycanın dövlətçilik əsaslarının formalaşmasına start verilib.

Qeyd olunmuşdur ki, milli təhlükəsizlik orqanlarında hərbi xidmətə başlayacaq gənc zabitlər üçün buraxılış günü xüsusilə unudulmazdır. Gənc zabitlər ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağını bitirməkdən qürur duymalıdırlar. Nazir Eldar Mahmudov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində qazandıqları nəzəri və praktiki biliklərin gənc zabitlər üçün gələcək fəaliyyətdə yaxşı təməl olacağını bildirib.

Təhlükəsizliyin qorunmasına, ümumən milli maraqların və mənafelərin etibarlı təminatına xidmət edəcək zabitlər bilməlidirlər ki, əzm, qətiyyət, fədakarlıq, vəzifə borcuna məsuliyyətlə yanaşma və peşəkarlıq olmadan bu mümkün deyil. Akademiya gənc zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli bir vəzifənin öhdəsindən layiqincə gəlir, təlim-tədrisin, xidmət və istirahət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir. Maddi-texniki bazanın ardıcıl gücləndirilməsi, digər kompleks tədbirlər yüksək ixtisaslı kadrların hazırlanmasına, yeni nəslin əsl vətəndaş kimi yetişməsinə xidmət edir. Bütün bunlar dövlət başçısının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yüksək dünya standartlarına cavab verməsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Nazir Eldar Mahmudov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi önəm verildiyini, bunun fəaliyyətin başlıca prinsiplərindən olduğunu qeyd etmişdir. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması hər zaman təhlükəsizlik orqanları əməkdaşlarının ən ümdə vəzifə borcudur. Bu sahədə bütün mövcud imkanların səfərbər edilməsi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bir nömrəli vəzifədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu ilin iyun ayında hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə dediyi kimi: “Həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir”.

Akademiyanın ötən dövrdəki fəaliyyətinin təhlili gənc zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli bir vəzifəyə layiqincə yanaşılmasını göstərir. Azərbaycan gəncliyi daim öz üzərində dövlətin qayğısını hiss edir. Ulu öndər gənclərin hərtərəfli inkişafını ölkənin tərəqqisi üçün başlıca mənbə hesab edirdi. Bu siyasətin uğurla davam etdirilməsi gənclərin ölkə həyatının bütün sahələrində iştirakına daha geniş şərait yaradır. Artıq bir neçə ildir ki, azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar. Gənclərə göstərilən qayğının növbəti sübutlarından biri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsidir. Burada gənclərin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və dünyəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, fiziki və mənəvi hazırlığı məsələləri əks olunub. Gənc zabitlər də dövlət qayğısını daim hiss edirlər. Yüksək diqqət və qayğı, yaradılmış hərtərəfli şərait gənclərin yeni tələblərə uyğun olaraq əzmini və məsuliyyətini daha da artırır. Çünki onları qarşıda milli təhlükəsizliyin təmin edilməsində çətin və şərəfli xidmət gözləyir.

Nazir Eldar Mahmudov «Eurovision-2012» kimi böyük musiqi müsabiqəsinin Bakıda keçirilməsinə toxunaraq bildirib ki, dövlət başçısının rəhbərliyi ilə yüksək səviyyədə təşkil olunmuş bu beynəlxalq tədbir xalqımızın mədəniyyətini, tolerantlığını və qonaqpərvərliyini bir daha bütün dünyaya tanıtdı, Azərbaycanın təhlükəsiz ölkə imicini tam nümayiş etdirdi. Son illər Azərbaycanda sivilizasiyalararası dialoqun, müxtəlif xarakterli beynəlxalq tədbirlərin, festivalların, elə bu yaxında Krans Montana Forumunun keçirilməsi ölkənin yüksək imicinin sübutu olmaqla yanaşı, təhlükəsizliyin və sabitliyin səviyyəsini bariz şəkildə göstərir.

“Bu gün Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir. Möhtərəm Prezidentin sözləri ilə desək, “son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur”. Bütün bunlar və qeyd edilmiş məqamlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizliyə cavabdeh orqanlardan getdikcə daha yüksək peşəkarlıq, çeviklik və səriştə tələb edir. Bu gün Akademiyanı bitirən leytenantlar tezliklə ölkənin təhlükəsizliyinin təmin edilməsində layiqli yerlərini tutacaqlar”.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisinin 1-ci müavini general-mayor Şahin Sultanov çıxış edərək Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan yüksək diqqəti, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun gündəlik qayğısı sayəsində akademiyanın əldə etdiyi nailiyyətlərdən və inkişafından danışıb. General-mayor Şahin Sultanov sıralarında iki Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim böyük uğurlar qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Akademiyanın məzunu leytenant Vusal Məmmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirib. Gənc zabit Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildirib.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib. Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.

Tədbir Akademiyadakı “Şöhrət” Muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyələr verib. Ulu öndər Heydər Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilib.

Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov məzunların valideynlərinə yaxınlaşaraq onlarla söhbət edib, Vətənə belə layiqli övladlar yetişdirdiklərinə görə təşəkkürünü bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR