Asiya İnkişaf Bankı Azərbaycan üzrə iqtisadi artımla bağlı proqnozunu azaldıb

Asiya İnkişaf Bankı Azərbaycan üzrə iqtisadi artımla bağlı proqnozunu azaldıb
# 05 oktyabr 2012 07:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, AİB-in dərc etdiyi yenilənmiş «Asian Development Outlook 2012» hesabatında qeyd olunub ki, 2012-ci ilin sonunda Azərbaycanda ÜDM-in artım tempi 3%, 2013-cü ildə isə 3,5% təşkil edəcəyi gözlənilir.

AİB sonuncu analoji hesabatını cari ilin aprel ayında dərc edib və həmin hesabatda Azərbaycanda ÜDM-in artım tempinə görə proqnoz 2012-ci il üçün 4,1%, 2013-cü il üçün isə 3,5% səviyyəsində götürülüb.

Göründüyü kimi, 2012-ci il üçün AİB-in Azərbaycanda ÜDM-in artım tempinə görə proqnozu 1,1 faiz bəndi endirilib, 2013-cü il üçün isə dəyişməz qalıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM-in illik artım tempi 1,3% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR