Azərbaycanda korporativ idarəetmənin tətbiqinə həsr olunmuş Bakı-Lənkəran video-konfransı keçiriləcək

Azərbaycanda korporativ idarəetmənin tətbiqinə həsr olunmuş Bakı-Lənkəran video-konfransı keçiriləcək
# 03 noyabr 2012 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 6-da Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və «Paşa Bank» ASC-nin dəstəyi ilə Lənkəranda regional video-konfrans keçiriləcək.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, video-konfransda Lənkəran daxil olmaqla Astara, Cəlilabad, Biləsuvar, Lerik, Masallı və Yardımlı rayonlarından 100-ə yaxın səhmdar cəmiyyətlərin rəhbərləri iştirak edəcəklər.

Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlılıq sisteminin effektivliyinin artırılması məqsədi ilə təşkil olunacaq bu konfransda Bakı və Lənkəran şəhərləri arasında video əlaqə yaradılacaq və mövzu ətrafında QKDK-nın struktur bölmə rəhbərləri ilə canlı olaraq müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR