Çempionlar Liqasında komandaların sayı artırıla bilər

Çempionlar Liqasında komandaların sayı artırıla bilər
# 20 aprel 2012 14:45 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının 2012/2013 mövsümünün reqlamentində dəyişiklik ola bilər. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası yarışda komandaların sayını artıra bilər.

Belə ki, yeni mövsümdən qitənin ən möhtəşəm turnirinə 24 klubun qatılacağı gözlənilir. Belə olan halda komandalar hərəsində 4 klub olmaqla, 6 qrupa bölünəcəklər. Qrup mərhələsində ilk 2 yeri tutacaq kollektiv və ən yaxşı nəticəyə malik 3-cü yerin sahibi mərhələ adlayacaq. Ev sahibi olacaq klub isə “Dördlər finalı”nda rəqiblərini gözləyəcək.

Lakin bu, iştirakçıların sayının 24 olacağı halda baş verəcək. Əgər klubların sayı az olarsa yarış 20 və ya 16 komanda ilə də təşkil oluna bilər.

Qeyd edək ki, 2011/2012 mövsümündə Çempionlar Liqasında 20 klub qüvvəsini sınayıb. Yarışda Azərbaycan “Azərreyl” və “Rabitə” komandaları ilə təmsil olunub. Bu dəfə isə onlara “Bakı”nın da qoşulması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR