Azərbaycanda 32 yaşlı əcnəbi qadının iylənmiş meyiti tapılıb

Azərbaycanda 32 yaşlı əcnəbi qadının iylənmiş meyiti tapılıb
# 05 oktyabr 2012 06:42 (UTC +04:00)
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

1980-ci il təvəllüdlü Tinko Anjelanın şişmiş və iylənmiş meyiti yaşadığı evdə tapılıb. Meyitə ilkin baxış keçirilərkən qadının üzərində xəsarətlər aşkar edilib.

Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR