Gələn ay «AtaSığorta»nın səhmdarlarının növbəti iclası keçiriləcək

Gələn ay «AtaSığorta»nın səhmdarlarının növbəti iclası keçiriləcək
# 28 may 2012 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 21-də «AtaSığorta» ASC-nin səhmdarları tərəfindən şirkətin ötən il üzrə müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatları təsdiq olunacaq.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı iclasda səhmdarlar tərəfindən şirkətin 2011-ci il üzrə fəaliyyətinin yekunları və digər cari məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, təsisçisi «AtaHolding» olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. «İcbari Sığorta Bürosu»nun iştirakçısı olan şirkət sığortanın 22 könüllü və 3 icbari növləri üzrə məhsullar təqdim edir. Hazırda şirkətin 2 filialı fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,6 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR