“Akkord” Korporasiyası və “KSM Azərbaycan” müsabiqə elan edir

“Akkord” Korporasiyası və “KSM Azərbaycan” müsabiqə elan edir
# 03 oktyabr 2012 15:03 (UTC +04:00)
Bakı – APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Korporativ Sosial Məsuliyyət Azərbaycan” (“KSM Azərbaycan”) “Ak2reativ” adlı müsabiqəyə start verib.

“Akkord”un İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Economics”Ə verilən xəbərə görə, məqsədi inşaat və memarlıq sahəsində kreativ, bacarıqlı gəncləri üzə çıxartmaq olan müsabiqə bir mərhələdən ibarət olacaq.

Müsabiqəyə işlər əsas 4 istiqamətdə qəbul olunacaq:

1. Maket - Real formada yığılmış hər hansı memar dizayn modeli;
2. 3D - Virtual formada yığılmış hər hansı memar dizayn modeli;
3. Sloqan - “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın loqo və imicinə aid sloqan;
4. Sərbəst konsept - “Akkord” Korporasiyası ilə bağlı hər hansı bir ideya.

Qeyd: İştirakçılar seçdiyi istiqamətlərdən yalnız biri üzrə öz işlərini [email protected] ünvanına göndərə bilərlər. İşləri göndərmək üçün son tarix 1 noyabrdır.

Müsabiqənin qalibləri aşağıdakı kimi mükafatlandırılacaqlar:

I yer - 500 AZN + «Akkord» Binalarından 15% Endirim;
II yer - 300 AZN + «Akkord» Binalarından 10% Endirim;
III yer - 200 AZN + «Akkord» Binalarından 10% Endirim.

“İdeyanı inşa et” şüarı altında keçirilən müsabiqəyə göndərilən işlər ölkənin memarları və inşaat, dizayn, reklam, PR, marketinq sahələrinin tanınmış mütəxəssisləri tərəfindən qiymətləndiriləcək.

Xatırladaq ki, gənc istedadları üzə çıxararaq, onların tanınmasına və inkişafına dəstək verən “Akkord” Korporasiyası hər bir müsabiqə iştirakçısına təcrübə keçmək və iş imkanı qazanmaq şansı verir.

Məlumat üçün bildirək ki, bundan əvvəl də KSM Azərbaycan şirkəti buna bənzər müsabiqələr həyata keçirib və cəmiyyətə kreativ və bacarıqlı gənclər təqdim edib.

Müsabiqənin şərtləri haqqında daha ətraflı məlumatı http://www.csraz.com/ak2reaktiv saytında və müsabiqənin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi olan http://www.facebook.com/ak2reaktiv ünvanında əldə etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR