Azərbaycan boksçusu Soltan Migitinov bu gün London Olimpiadasında növbəti döyüşünə çıxacaq

Azərbaycan boksçusu Soltan Migitinov bu gün London Olimpiadasında növbəti döyüşünə çıxacaq
# 02 avqust 2012 13:21 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan boksçusu Soltan Migitinov (75 kq) bu gün London Olimpiadasında növbəti döyüşünə çıxacaq. APA-nın məlumatına görə, ilk döyüşündə misirli Məhəmməd Hikala 20:12 hesabı ilə qalib gələn idmançımız 1/8 final mərhələsində braziliyalı Florentino Falkao ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. Migitinov mərhələ adlayarsa, Mujandjae Kasuto (Namibiya) – Zoltan Harksa (Macarıstan) cütünün qalibi ilə döyüşəcək. Qeyd edək ki, boksçularımızdan Məmmədrəsul Məcidov (56 kq) və Teymur Məmmədov (91 kq) da ilk döyüşlərində qalib gəliblər, digər boksçularımız isə ilk döyüşdə məğlub olaraq Olimpiada ilə vidalaşıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR