Azərbaycanın Qərb bölgəsinə güclü qar yağıb

Azərbaycanın Qərb bölgəsinə güclü qar yağıb
# 08 fevral 2012 08:10 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Azərbaycanın Qərb bölgəsində güclü yağıntılar müşahidə olunur. APA-nın Qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayaraq Gəncə şəhərinə güclü qar yağır. Şəhər mərkəzində qarın qalınlığı 15-20 santimetr təşkil edir. Şəhərin əsas prospekt və küçələri qartəmizləyən maşınlar vasitəsilə təmizlənib, əsas yolların buz bağlamış yerlərinə qum qarışıq duz səpilib. Buna baxmayaraq şəhərkənarı yollarda avtomobillərin hərəkəti üçün məhdudiyyətlər mövcuddur. Şəhərə mavi yancağın və elektrik enerjisinin verilişində problem müşahidə olunmur.

Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl və Samux rayonlarına da güclü qar yağıb. Bölgələrdə qarın qalınlığı 10-20 santimetr təşkil edir. Rayonların əsas avtomobil yollarına qum qarışıq duz səpildiyindən nəqliyyatın hərəkəti üçün məhdudiyyət yaranmayıb. Qeyd olunan rayonların elektrik enerjisi və mavi yanacaqla təminatında problem yoxdur.

Gədəbəy rayon icra hakmiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, rayon ərazisində şaxtalı hava müşahidə edilir. Rayon ərazisində və kənd arası yollarda buzlşmaya qarşı qabaqlayıcı tədbirlər görülüb, hazırda yollar qardan təmizlənir, bizlayan yerlərə duz qarışıq qum səpilir.

Daşkəsən rayon Fövqəladə Hallar Komisiyyasından APA-nın Qərb bürosuna verilən məlumata görə, ötən gecədən başlayaraq rayon ərazisinə yağan qar hələ də davam edir. Hazırda rayon mərkəzində qarın qalınlığı 10 santimetr təşkil edir. Rayon ərazisində elektrik enerjisi və mavi yanacaqla təminatda problem yoxdur. Avtomobil yolları mütəmadi olaraq qardan təmizlənir, buna baxmayaraq şaxtalı hava şəraiti davam etdiyinə görə əsas yollarda avtomobillərin hərəkəti çətinləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR