Məcburi köçkün, sağlamlıq imkanları məhdud olan və internat məktəblərində təhsil alan yeniyetmə və gənclər üçün kompüter kursları açılıb

Məcburi köçkün, sağlamlıq imkanları məhdud olan və internat məktəblərində təhsil alan yeniyetmə və gənclər üçün kompüter kursları açılıb
# 19 may 2012 11:17 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman Nazirliyi məcburi köçkün, sağlamlıq imkanları məhdud olan və internat məktəblərində təhsil alan yeniyetmə və gənclər üçün kompüter kursları təşkil edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, kursların təşkil olunmasında məqsəd bu kateqoriyalardan olan gənclərə kompüter biliklərinin öyrədilməsi və bunun vasitəsilə gələcəkdə onlara iş tapmalarında köməklik etməkdir.
Kurslar Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin Masazır qəsəbəsində yerləşən məktəbində, Türkan qəsəbəsində yerləşən 6 nömrəli Xüsusi internat məktəbində, Sumqayıt şəhər G. Əsədov adına İnternat məktəbində və digər yerlərdə sağlamlıq imkanları məhdud gənclər üçün keçirilir. Kurslar 1 iyun tarixinədək davam edəcək.
Kursları başa vurmuş gənclərə sertifikatların verilməsi və növbəti mərhələnin başlanılması münasibətilə 21 may 2012-ci il tarixdə saat 15.45-də Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində tədbir keçiriləcək. (Ünvan: Rəşid Behbudov küçəsi 60)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR