Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Beynəlxalq Prokurorlar Assosiasiyasının toplantısında iştirak edib - FOTO

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Beynəlxalq Prokurorlar Assosiasiyasının toplantısında iştirak edib - <font color=red>FOTO</font>
# 07 may 2012 15:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclasında iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 3-dən 6-dək Xorvatiyanın Pula şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilib. Azərbaycanı tədbirdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev təmsil edib.

Dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının toplantısında bir sıra mühüm məsələlər, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, təşkilata yeni üzvlərin qəbul edilməsi, baş katib və İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatların dinlənilməsi, BPA-nın fəxri üzvlüyü və "İlin Prokuroru" da daxil olmaqla mükafatlarla bağlı tövsiyələr, assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər təşkilatı məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində K. Əliyev Xorvatiyanın baş prokuroru Mladen Bayiç ilə görüş keçirib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının 2012-ci il üzrə illik yığıncağının 28 oktyabr - 01 noyabr tarixlərində Banqkokda, 2013-cü ilin sentyabr ayında isə Moskvada keçirilməsi barədə qərar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR