ABŞ İrana əlavə sanksiya tətbiq edib

ABŞ İrana əlavə sanksiya tətbiq edib
# 06 fevral 2012 20:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ İrana əlavə sanksiya tətbiq edib. APA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obama İran Mərkəzi Bankı, hökuməti və maliyyə qurumlarının ölkədəki aktivlərini dondurub.
Konqresə göndərdiyi müraciətində Obama İranın Mərkəzi Bankı da daxil olmaqla bu ölkənin digər banklarının beynəlxalq maliyyə sisteminə təhlükə yaratdıqlarını nəzərə alaraq belə bir addım atıldığını bildirib. Məktubda İran banklarının bu ölkənin mübahisəli nüvə proqramı ilə əlaqədar sanksiya tətbiq olunmuş hüquqi və fiziki şəxslərinə xidmət göstərdiyi və gizli əməliyyatlar həyata keçirdiyi qeyd olunub. Müraciətdə həmçinin İran hökumətinin siyasətinin və addımlarının ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatını təhdid etdiyi vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR