Ağsu aşırımında avtomobillərin hərəkəti qismən bərpa olunub

Ağsu aşırımında avtomobillərin hərəkəti qismən bərpa olunub
# 30 mart 2012 07:44 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu gün səhər saatlarında aşırımın Ağsu rayonu istiqamətində olan aşağı hissəsində torpaqdan qurulan baryer götürülüb. Yolda post qurulub. Hərəkətə nəzarət olunur.

Aşırımın yuxarı hissəsindən isə yalnız kiçik avtomobillərin keçməsinə icazə verilir.

Yolun günorta saatlarında tam açılması gözlənilir.

Qeyd edək ki, baş verən torpaq sürüşməsi ilə əlaqədar olaraq Ağsu aşırımı 3 gün bağlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR