AFFA “İnter” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb

AFFA “İnter” və “Xəzər Lənkəran” klublarını cəzalandırıb
# 22 avqust 2012 14:17 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsi Premyer Liqanın III turunda keçirilmiş “İnter” – “Xəzər Lənkəran” oyununda baş verən xoşagəlməz olaya hüquqi qiymət verib. Apasport.az saytının məlumatına görə, matç başa çatdıqdan sonra İlya Kandelaki, Baçana Sxadadze (hər ikisi “İnter”) və Elnur Allahverdiyev (“Xəzər Lənkəran”) aqressiv hərəkət etdikləri üçün 2 oyunluq cəzalandırılıblar. “Bankirlər” 4 min, cənub təmsilçisi isə 2 min manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra meydanda təhlükəsizlik təmin olunmadığından “İnter” daha 3 min manat cərimə ödəməli olacaq.

Analoji hadisənin baş verəcəyi təqdirdə, hər iki kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR