Şirvan polisinin keçirdiyi əməliyyat nəticəsində iki əxlaqsızlıq yuvası və tiryəkxana aşkar edilib

Şirvan polisinin keçirdiyi əməliyyat nəticəsində iki əxlaqsızlıq yuvası və tiryəkxana aşkar edilib
# 15 fevral 2012 16:43 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan şəhər polisinin keçirdiyi əməliyyat tədbirləri zamanı iki əxlaqsızlıq yuvası və bir tiryəkxana aşkar edib. Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Vüsal Məhərrəmovun APA-ya verdiyi məlumata görə, şəhər sakini Quliyev Çingiz Ömər oğlu şəxsi maraq müqabilində müxtəlif vaxtlarda Paşayev Ramil Vaqif oğluna narkotik vasitə olan tiryəki bişirərək qəbul etməsi üçün yer verib. Bundan başqa, Ç. Quliyev satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,750 qram çəkidə tiryək əldə edib, yaşadığı mənzildə saxlayıb və bir neçə şəxsə yuxarıda qeyd edilən xidmətləri göstərib. Fevralın 14-də polis tərəfindən onun yaşadığı ünvana baxış keçirilərkən göstərilən narkotik vasitə aşkar edilərək götürülüb və Çingiz Quliyev həbs olunub. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Elnur Cəfərovun verdiyi digər məlumata görə, Şirvan şəhər sakini Zeynalov Əziz Salman oğlu işlədiyi 1 saylı şəhər hamamında, Şirvan şəhər sakini Zeynalova Gülnaz Əvəz qızı isə icarəyə götürdüyü “Yağmur” çay evində əxlaqsızlıq yuvası təşkil ediblər. Hər iki fakt üzrə cinayət işi açılıb və araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR