Bu il Azərbaycanda 3 883 hüquqi şəxs qeydiyyatdan keçib

Bu il Azərbaycanda 3 883 hüquqi şəxs qeydiyyatdan keçib
# 16 oktyabr 2012 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda hüquqi şəxslərin sayı artmaqda davam edib və qeydiyyatdan keçmiş 3 883 hüquqi şəxsin 136-sı dövlət mülkiyyətinə, 3 296-sı xüsusi mülkiyyətə, 362-si tam xarici investisiyalı, 88-i birgə müəssisələrə, 1-i isə bələdiyyə mülkiyyətinə aid olub. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına əsasən, yeni müəssisələrin 60,6%-i Bakıda, 13,1%-i Aran, 7,1%-i Abşeron və 5,5%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

«Bu ilin oktyabrın 1-i vəziyyətinə fiziki şəxslərin sayı 415 mindən çox olub. Hesabat dövründə fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR