İran banklarında «gmail», «yahoo» və «hotmail» poçt servislərindən istifadə etmək qadağan olunub

İran banklarında «gmail», «yahoo» və «hotmail»  poçt servislərindən istifadə etmək qadağan olunub
# 08 may 2012 02:58 (UTC +04:00)
Könül Cəfərli – APA. “İran banklarında xarici elektron poçtlardan, o cümlədən də “gmail”, “yahoo” və “hotmail” poçt servislərindən istifadə etmək qadağan olunub”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın informasiya texnologiyaları və telekommunikasiya naziri Rza Tağıpur açıqlama verib. O bildirib ki, bu qadağayla bağlı İranın Mərkəzi Bankının sədri Mahmud Behməniyə də məlumat göndərilib: “Məktub yazaraq bildirilib ki, bundan sonra İranın Mərkəzi Bankında müştərilərdən yalnız milli elektron poçt ünvanları alınsın. Xarici elektron poçtlarda açılan ünvanlar qəbul edilməsin və müştərilərin hesabları ilə bağlı məlumatlar xarici elektron ünvanlara göndərilməsin. Milli elektron poçtda ünvanı olmayan müştərilər banka müraciət edərək, bankın saytından özlərinə elektron ünvan açdırmalıdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR