AMEA-nın müxbir üzvü vəfat edib

AMEA-nın müxbir üzvü vəfat edib
# 09 avqust 2012 10:44 (UTC +04:00)
AMEA-dan APA-ya verilən məlumata görə, B. İsgəndərov 76 yaşında dünyasını dəyişib.
Bala Ağa-Hüseyn oğlu İsgəndərov 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olub. 1961-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1996-cı ildə professor elmi adını alıb, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. 1964-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyətə başlamış B.İsgəndərov Bakı Dövlət Universitetində 40 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub. O, yerli və xarici ölkələrin jurnallarında çap edilmiş 60-dan artıq elmi məqalənin müəllifidir. Alimin rəhbərliyi altında 13 namizədlik dissertasiyası müdafiə edilib, həmçinin o, 100-dən artıq doktorluq və namizədlik dissertasiyalarının opponenti olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR