Məleykə Abbaszadə: “Təhsil sistemimizdə “0” balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq” - FOTO

Məleykə Abbaszadə: “Təhsil sistemimizdə “0” balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq” - <font color=red>FOTO</font>
# 10 aprel 2012 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Tələbə-məzun Dövlət Elektron Bazasının təqdimatında TQDK-nın xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqladıq. Amma biz bilirik ki, bu uşaqlar bizim imtahanlarda iştirak ediblər. Həmin şəxslərin bizim imtahanlarda nə qədər bal topladıqlarını da bilirik. Təbii ki, bu uşaqlar çox aşağı bal toplayanlardır”. APA-nın məlumatına görə, bunu 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu abituriyentlərin Rusiya, Ukrayna və ya hər hansı ölkənin hansısa özəl ali məktəbinə qəbul olunmasının TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

M. Abbaszadə qeyd edib ki, mətbuatda tez-tez biliyi olmayan uşaqla biliyi olanın auditoriyada necə yanaşı oturması məsələsinə toxunulur: “Bax, mən bunun kökünü sizə göstərirəm. Biz bu uşaqları ali məktəbə qəbul etməmişik. Təbii ki, o uşaqlara hansısa dövlət universiteti tərəfindən diplom verilibsə, biz onu hüquqi sənəd kimi qəbul edirik. Diplom hüquqi sənəddir, kseroksdan çıxarılmayıb, saxtalaşdırılmayıb. Amma söhbət ondan gedir ki, bu adam mütəxəssisdir, yoxsa yox? Diplom onu deyir ki, bu adam həkimdirsə onu xəstənin yanına, müəllimdirsə auditoriyaya buraxmaq olar. Diplom göstərir ki, bu adamın bilik və bacarığı var. Buna həmin ali məktəb, ya da müvafiq nazirlik cavabdehdir. Biz hesab edirik ki, həmin uşaqlar TQDK-nın qəbul imtahanlarında nümayiş etdirdiyi ballarla 4 il ərzində mütəxəssis kimi formalaşa bilməzlər. Saxta diplom, yoxsa saxta mütəxəssis? Mənim üçün fərqi yoxdur. Təhsil Nazirliyi bildirir ki, bu diplomlar saxta deyil. Çox gözəl. İkinci bir məsələ çıxır ki, həmin şəxslər mütəxəssisdirmi? Dörd il ərzində onlar müvafiq ali məktəblərdə mütəxəssis kimi formalaşıblarsa, biz buna sevinirik. Bizim təhsil sistemində “0” balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR