ABŞ Senatında Ukrayna hakimiyyətinə qarşı sanksiyalar nəzərdə tutulan qətnamə layihəsi hazırlanıb

ABŞ Senatında Ukrayna hakimiyyətinə qarşı sanksiyalar nəzərdə tutulan qətnamə layihəsi hazırlanıb
# 25 may 2012 15:04 (UTC +04:00)
Bakı – APA. ABŞ Senatında Ukrayna prezidenti Viktor Yanukoviçə və digər dövlət məmurlarına qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsi hazırlanıb. APA-nın “Ukrainskaya pravda” xəbər portalına istinadən verdiyi məlumata görə, senator Ceyms İnhof (James İnhofe) tərəfindən hazırlanan layihədə Ukrayna hakimiyyəti dərhal keçmiş baz nazir Yuliya Timoşenkonu həbsdən azad etməyə çağırılır.

Sənəddə Konqresə sabiq hökumət başçısını siyasi motivlə həbs edən Yanukoviç administrasiyasını pisləmək, Dövlət Departamentinə isə Y. Timoşenkonun həbsində əli olan V. Yanukoviç, baş prokuror Viktor Pşonka və digər məmurlara viza verilməsinə qadağa qoymaq çağırışı əksini tapıb. Dövlət Departamentinə təklif edilir ki, Y. Timoşenko həbsdən buraxılana qədər ABŞ-ın Ukraynadakı səfirinin fəaliyyəti dayandırılsın.

Layihədə ATƏT-dən xahiş edilir ki, Y. Timoşenko azad edilənə qədər Ukraynanın təşkilatda 2013-cü ilə nəzərdə tutulan sədrliyini tanımasın. NATO-ya isə təklif olunur ki, Kiyevlə əməkdaşlığa dair bütün sənədlərin icrası dayandırılsın.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR