Narkotik alverində təqsirləndirilən Cəlilabad rayon sakininə 10 il həbs cəzası verilib

Narkotik alverində təqsirləndirilən Cəlilabad rayon sakininə 10 il həbs cəzası verilib
# 29 mart 2012 16:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alveri ilə məşğul olmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Musa Qələmirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Musa Qələmirzəyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hüquq mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Qələmirzəyevin yaşadığı mənzildən 2 kiloqram 31,5 qram çəkidə narkotik vasitə olan həşiş tapılaraq götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR