BMT-nin baş katibi 26 iyun Beynəlxalq narkotiklərdən sui-istifadə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə günü ilə bağlı müraciət edib

BMT-nin baş katibi 26 iyun Beynəlxalq narkotiklərdən sui-istifadə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə günü ilə bağlı müraciət edib
# 25 iyun 2012 07:21 (UTC +04:00)
BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə baş katib öz müraciətində vurğulayıb ki, narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi dünyanın hər yerində inkişafına və sabitliyinə mənfi təsir göstərməkdə davam edir.

Narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən milyardlarla dollar terrorizmi genişləndirir, o cümlədən silah qaçaqmalçılığı, insan alveri kimi cinayətlərə səbəb olur. Narkotiklərin qanunsuz dövriyyəsi və bununla məşğul olan cinayətkar şəbəkələrin fəaliyyəti qanunun aliliyini sarsıdır. Bu kimi halların cəzasız qalması böyük qorxu yaradaraq bütün səviyyələrdə idarəetmə haqqında yanlış düşüncələrin yaranmasına gətirib çıxarır.

Qeyd olunub ki, Mərkəzi Amerika transmilli mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində getdikcə daha çox zorakılıqla üzləşməkdədir. Bu region hal-hazırda qətl hadisələrinin sayına görə dünyada birinci yerdədir.
Əfqanıstanın inkişafına əsas maneə ağrıkəsicilərdən istifadəyə görə bu ölkənin dünyada birinci yeri tutmasıdır. Myanmanın bəzi yerlərində ərzaq qeyri-təhlükəsizliyindən əziyyət çəkən fermerlər daha gəlirli məhsul hesab olunan xaş-xaş becərmək məcburiyyətində qalırlar.

Avropa ölkələrinə gətirilən narkotiklərin dövriyyəsi üçün əsas marşrut kimi istifadə olunan regionlar olaraq Qərbi və Mərkəzi Afrikanın qarşısında böyük çətinliklər durur. Hüquq və maliyyə institutlarının zəif inkişaf etməsi region dövlətlərini bu problem qarşısında daha həssas edir.

Tranzit ölkələr artıq məhsulları digər ölkəyə ötürməklə yanaşı, həm də bu məhsulları qəbul edən ölkələrə çevrilirlər. Qərbi və Mərkəzi Afrikada dövriyyədə olan narkotik vasitələrin yarısı regionda qalır. Narkotik istehlakı sahəsində bu cür dəyişmələr stabil inkişaf və güclü idarəçilik istiqamətində aparılan işi çətinləşdirir.

Müraciətdə bildirilib ki, BMT-nin narkotiklərlə, cinayətkarlıq və korrupsiyaya dair qəbul etdiyi konvensiyalar bu cür problemlərin həllində mühüm baza rolunu oynayır. Birlikdə bu vasitələr narkotiklərin yayılmasının qarşısının alınmaq, fermerlər üçün düzgün alternativlər irəli sürülmək və narkotik istifadəçilərinə səhiyyə və insan hüquqları təklif etməklə tarazlaşdırılmış yanaşma formalaşdırırlar: “Gənclər, vətəndaş cəmiyyətləri, hökumətlər və beynəlxalq ictimaiyyətlə birgə həyata keçirildiyi təqdirdə, bizim inkişafı təbliğ etmək və narkotiklərə qarşı mübarizə aparmaq üçün göstərdiyimiz səylər daha effektiv olacaqdır. Birlikdə işləyərək biz milyonlarla insanın əziyyətini yüngülləşdirmək, dünya ölkələrində, şəbəkələrdə və ailələrdə narkotiklərdən istifadə və cinayətkarlığın qarşısını almağa nail ola bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR