Dow Jones indeksi 1,6%, S&P 500 1,6%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 1,6%, S&P 500 1,6%, Nasdaq 1,3% yüksəlib
# 14 sentyabr 2012 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 13 540 bəndədək, S&P 500 1,6% - 1 460 bəndədək, Nasdaq 1,3% - 3 156 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə Federal Ehtiyat Sisteminin qəbul edildiyi qərar təsir edib. Belə ki, FES-in iclasında hər ay 40 mlrd. dollar həcmində ipoteka qiymətli kağızların geri alınması barədə qərar qəbul edib.

Avropa fond bazarlarında sentyabrın 13-də FTSE 100 indeksi 0,7% - 5 820 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 310 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 502 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,5% artaraq 1 777,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3030 (+0,8%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR