İran Google, Yahoo və digər saytlara filter tətbiq edib
11 fevral 2012 03:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Google, Yahoo və bəzi digər internet saytlarına filter tətbiq edib. APA-nın məlumatına görə, İranın Qərbi Azərbaycan vilayətində, xüsusilə Urmiya, Xoy, Sulduz (Nəğədə), Soyuqbulaq (Mahabad), Xana (Piranşəhr), Bəykəndi (Bukan), Maku şəhərlərində də internetin sürəti zəifləyib. Nəticədə əksər internet saytlarına daxil olmaq mümkün olmayıb.