Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesinin ilk 3 ayında 263,703 mln. manat ödənilib

Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesinin ilk 3 ayında 263,703 mln. manat ödənilib
# 04 sentyabr 2012 10:37 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, mərkəzə qeyd olunan müddət ərzində 566 271 əmanətçiyə ümumilikdə 263,703 mln. manat məbləğində fərdi birdəfəlik ödəmə verilib.

Onun sözlərinə görə, 3 ay ərzində mərkəz tərəfindən müsbət cavab verilərək baxılan sənədlərin sayı 688 785, baxılmaqda olan sənədlərin sayı 42 518, icazə verilib ödənməyən sənədlərin sayı 63 251, sənədlərində qeyri-müəyyən səhvlər olduğu üçün imtina edilən sənədlərin sayı 59 263 olub.

İmtina olunan sənədlərin bəziləri vətəndaşların şəxsiyyət vəsiqələrinin istifadə müddətinin bitməsi ilə əlaqədardır. Bununla bağlı vətəndaşlara müəyyən vaxt verilir və həmin müddət bitdikdən sonra vətəndaşın sənədlərinə yenidən baxılır.

A.Əliyevin sözlərinə görə, vətəndaşların itmiş, yaxud təqdim edilmək üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçalarının sayı 13 900 ədəd təşkil edib. Bu sənədlərin araşdırılması üçün Xüsusi Komissiyaya və hüquq-mühafizə orqanlarına müraciət olunub. İndiyədək itmiş hesab olunmuş, həmçinin əmanət kitabçası yararsız hala düşən vətəndaşlara 3 min manatdan çox vəsait ödənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR