Beynəlxalq Sığorta Şirkətinə yeni sədr müavini təyin olunub

Beynəlxalq Sığorta Şirkətinə yeni sədr müavini təyin olunub
# 17 oktyabr 2012 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər şirkətin Maliyyə Departamentinin direktoru, eyni zamanda baş mühasibi vəzifəsində çalışan və İdarə Heyətinin üzvü olan Rahim Zəkiyev təyin edilib.

Qeyd edək ki, R.Zəkiyev 2002-ci ildə şirkətin təsis olunduğu vaxtdan etibarən şirkətdə çalışır.

BSŞ-nin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədovun sözlərinə görə, R.Zəkiyev şirkətdə ilk günlərdən çalışan işçilərdən biridir və şirkətin fəaliyyəti və inkişafında onun rolu əvəzsizdir: «Şirkətin rəhbərliyi tərəfindən işinə, vəzifəsinə peşəkarcasına, məsuliyyətlə yanaşan əməkdaşlar hər zaman yüksək qiymətləndirib. Rahim Zəkiyev də belə insanlardandır».

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildə təsis edilib və hazırda şirkət müştərilərə 34 növ sığorta xidməti göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR