Azərbaycanda birgə müəssisələrin də elektron qeydiyyatı mümkün olacaq

Azərbaycanda birgə müəssisələrin də elektron qeydiyyatı mümkün olacaq
# 07 fevral 2012 12:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələcəkdə Azərbaycanda xarici şəxslərlə birlikdə təsis edilən birgə müəssisələr və xarici şirkətlərin qeydiyyatı prosesi də elektron üsulla aparılacaq. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Onun sözlərinə görə, hazırda hüquqi şəxslərin elektron qeydiyyatı sistemi yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərə aiddir: «Bunlar isə kommersiya hüquqi şəxslərin təqribən 85%-ni əhatə edir. Xarici şəxslərlə birlikdə təsis edilən birgə müəssisələr və xarici şirkətlərin elektron qeydiyyatı isə yaxın gələcəyin məsələsidir. Bu məsələ ətrafında bundan sonra da çalışacağıq».

Verigilər Nazirliyindən bildirilib ki, hələlik xarici hüquqi şəxslərin elektron qeydiyyatının aparılmaması bir neçə səbəblə bağlıdır. Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, əvvəla bu halda təsisçilər elektron imzaya malik olmalıdır. Bundan başqa, kənar şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi məsələləri həllini tapmalıdır. «Nəhayət, hüquqi şəxsin təsis edilməsi zamanı terrorçuluğa qarşı mübarizə ilə əlaqədar təsisçilərlə bağlı lazımi yoxlamalar aparılmalıdır», - deyə İdarə rəisi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR