İraqda partlayışlar nəticəsində 7 nəfər həlak olub

İraqda partlayışlar nəticəsində 7 nəfər həlak olub
# 07 sentyabr 2012 22:45 (UTC +04:00)
Bakı-APA. İraqın Kərkük şəhərində 8 partlayış baş verib. Partlayışlar nəticəsində 7 nəfər həlak olub, 65 nəfər isə yaralanıb.

Partlayışlar şiələrə aid olan müxtəlif məscidlərin və Kərkük Texniki Fakültəsinin yaxınlığında baş verib. Terror aktları yarım saat ərzində bomba yüklənmiş maşınlar vasitəsilə həyata keçirilib. Partlayışlara görə məsuliyyəti heç kim üzərinə götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR