Yakutiyada baş verən vertolyot qəzası nəticəsində dörd nəfər həlak olub

Yakutiyada baş verən vertolyot qəzası nəticəsində dörd nəfər həlak olub
# 04 iyul 2012 17:00 (UTC +04:00)
Bakı – APA. Yakutiyada baş verən vertolyot qəzası nəticəsində dörd nəfər həlak olub. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə vertolyotun məxsus olduğu “UTair” aviaşirkəti açıqlama yayıb.

Lensk şəhərindən havaya qalxan AS-350 vertolyotunda 2 sərnişin, pilot və texnik olub. Havaya qalxandan 4 dəqiqə sonra vertolyotla əlaqə kəsilib. Onun qalıqları Lensk aeroportunun 4 km-liyində aşkarlanıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR