“Azərenerji”nin vəzifəli şəxsi iş otağında ölüb

“Azərenerji”nin vəzifəli şəxsi iş otağında ölüb
# 04 fevral 2012 09:03 (UTC +04:00)
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. “Azərenerji” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi, 50 yaşlı Rafiq İsgəndər oğlu Quliyev iş otağında dünyasını dəyişib. Mərhumun ölümünün səbəbləri məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR