Tacikistanın Pamir dağlarında aparılan hərbi əməliyyat nəticəsində 20 nəfər həlak olub

Tacikistanın Pamir dağlarında aparılan hərbi əməliyyat nəticəsində 20 nəfər həlak olub
# 25 iyul 2012 18:17 (UTC +04:00)
Bakı-APA. Tacikistanın Pamir dağlarında silahlılara qarşı aparılan hərbi əməliyyat nəticəsində 20 dinc sakin həlak olub.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Tacikistanın “Aziya Plus” xəbər portalı yayıb. Portalın müxbiri hərbi əməliyyatla bağlı müstəqil komissiyanın üzvüdür. Bir qədər əvvəl Tacikistan Daxili İşlər Nazirliyi və Dövlət təhlükəsizlik komitəsi Dağlıq-Badovşan əyalətindəki əməliyyat zamanı yalnız 30 döyüşçü və 12 hökumət qüvvələrinin əməkdaşının öldüyünü bildirmişdi. 40 nəfər silahlı əsir götürülüb. Lakin yerli sakinlərin təkidi ilə əməliyyat keçirilən bölgəyə müstəqil komissiyanın üzvləri gedib.
Bu gün Tacikistan prezidenti İmaməli Raxmonov hərbi əməliyyatın dayandırılması və dinc sakinlər arasında həlak olanların olub olmaması barədə sərəncam verib. Dağlıq-Badovşan əyaləti ilə telefon əlaqəsi kəsilib. əməliyyat zamanı orada olan onlarla xarici dövlətlərin vətəndaşları barədə məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR