Azərbaycan ərazisində baş vermiş ən güclü və dağıdıcı zəlzələlərin xəritəsi hazırlanıb

Azərbaycan ərazisində baş vermiş ən güclü və dağıdıcı zəlzələlərin xəritəsi hazırlanıb
# 17 aprel 2012 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilk dəfə olaraq Azərbaycan ərazisində 427-ci ildən 2010-cu ilə qədər baş vermiş güclü, dağıdıcı zəlzələlərin episentr xəritəsini hazırlayıb. Bu barədə APA-ya RSXM-in baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, xəritə ötən ilin sonu, bu ilin əvvəllərində hazırlanıb. Xəritəyə 427-ci ildən Rixter cədvəli üzrə maqnitudası 5-dən yuxarı olan zəlzələlər, onların tarixi, insan tələfatı və baş verən dağıntılar haqqında məlumatlar daxil edilib: “Xəritəyə tarixi mənbələrə və instrumental müşahidələrə əsasən, 223 güclü, katastrofik zəlzələ daxil edilib. Ola bilsin ki, bu zəlzələlərin sayı daha çox olub. Amma biz bu faktları daha çox tarixi mənbələrə əsasən qeyd etmişik”.

Q. Yetirmişli bildirib ki, Azərbaycan ərazisində ən güclü zəlzələlər 1667, 1669 və 1671-ci illərdə Şamaxıda baş verən zəlzələlər hesab olunur: “Bu üç zəlzələdə 100 mindən artıq insan tələf olub. Təkcə 1667-ci ildə Şamaxıda baş verən zəlzələ 10 bala yaxın idi. Bundan başqa, 427-ci il Gəncə, 1139-cu il Gəncə (həmin vaxt Kəpəz dağı uçaraq Ağsuçayın qabağını kəsib və Göygöl əmələ gəlib), 1235-ci il Gəncə, 1859-cu il Şamaxı (bu zəlzələdən sonra paytaxt Şamaxıdan Bakıya köçürülüb), 1902-ci il Şamaxı zəlzələlərini də Azərbaycan tarixinin ən güclü zəlzələləri saymaq olar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR