YAP-ın təşkilatçılığı ilə uydurma “erməni soyqırımı”na həsr olunan dəyirmi masa keçirilib - FOTO

YAP-ın təşkilatçılığı ilə uydurma “erməni soyqırımı”na həsr olunan dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 24 aprel 2012 10:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı, Anaxanım Hidayətova – APA. Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə uydurma “erməni soyqırımı”na həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, YAP uydurma “erməni soyqırımı”nın ildönümü ərəfəsində ənənəvi olaraq belə konfranslar keçirir: “Biz soyqırımı iddialarının tamamilə yalan və iftira olduğunu bir daha bəyan etmək istəyirik. Tarixdə çox yalanlar olub. Ancaq hesab edirəm ki, yaşadığımız bölgənin həyatında ən böyük yalan, iftira və ədalətsizlik uydurma “erməni soyqırımı”dır. Hesab edirəm ki, dünyanın hər bir yerində, hər bir insan bu uydurma, ziyanlı, insanlığa qarşı çevrilmiş ideologiyaya “yox” deməlidir”.

Milli Məclisin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə deyib ki, qondarma “erməni soyqırımı”nın ifşası istiqamətində atılan addımlar artıq öz nəticəsini verməkdədir: “Xocalı soyqırımı ilə bağlı İstanbulun Taksim meydanında keçirilən aksiya və Bakıda Xocalı yürüşü bunun bariz nümunəsidir. Biz bu istiqamətdə mübarizəmizi davam etdirməliyik”.

Millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə bildirib ki, ermənilər 100 il əvvəl müharibə, xəstəlik və digər fövqəladə hallar zamanı həlak olmuş insanları soyqırımı aktı qurbanları kimi dünyaya təqdim etməyə çalışır: “Alimlər və tədqiqatçılar araşdırmalar aparıblar və tam sübuta yetirilib ki, erməni soyqırımı baş verməyib. Soyqırımı terminin dəqiq tərifi var və o zaman baş verən hadisələr heç cür soyqırımı tərifinə uyğun gəlmir. Yəni, birmənalı olaraq deyə bilərəm ki, Osmanlı İmperiyası tərəfindən etnik mənsubiyyətinə görə insanları məhv etmə siyasəti olmayıb. Əslində o vaxtı çox mürəkkəb vəziyyət yaranıb və Türkiyə dövləti məcburiyyət qarşısında qalaraq Van ətrafındakı erməniləri köçürmək qərarına gəlib. Köç zamanı insanların bir qismi epidemiyalardan, bir qismi silahlı münaqişələr zamanı, bir qismi isə qida çatışmazlığı üzündən həlak olub. Hazırda ermənilər o vaxtı həlak olanların sayını 1,5 milyona çatdırıb, əslində isə o zaman Van ətrafında cəmi 150 min erməni yaşayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR