Azərbaycanda dolların birja məzənnəsi yüksəlib

Azərbaycanda dolların birja məzənnəsi yüksəlib
# 04 aprel 2012 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mart ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,05% enib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7853 AZN-dən 0,7857 AZN-dək yüksəlib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi mart ayında 0,7858 AZN-ə bərabər olub. Halbuki, 2012-ci ilin fevralında bu göstərici 0,7859 AZN təşkil edib.

Xatırladaq ki, mart ayında BBVB-nin valyuta bölməsində keçirilən 32 ticarət sessiyasında 13 bankın iştirakı ilə 83,810 mln. manat həcmində 35 alqı-satqı əqdi qeydə alınıb. Bu isə fevral ayı ilə müqayisədə 2,3 çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR