«Unibank» yeni kredit kampaniyasına başlayıb

«Unibank» yeni kredit kampaniyasına başlayıb
# 01 oktyabr 2012 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən «Unibank» ASC «Hər anın öz krediti var» adlı yeni kredit kampaniyasına başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın məqsədi vətəndaşlara həyatlarının hər bir anında maliyyə ehtiyaclarını ödəyəcək güzəştli kredit təklifini təqdim etməkdir.

«Unibank»ın 2% endirimlə olan «Körpə Sevinci» adlı krediti 3-24 aylıq müddətə verilir. Maksimal məbləği 5000 manat (6100 USD) olan bu krediti valideynin şəxsiyyətini təsdiq edən sənəd, körpənin doğum haqqında şəhadətnaməsi və ya körpənin doğum faktını, vaxtını və yerini təsdiqləyən sənəd (Forma 103 və ya Forma 113), valideynin iş yerindən arayışı təqdim etməklə almaq mümkündür. Nağd qaydada verilən kreditə 2500 manatadək (3100 USD) zamin tələb olunmur.

«Məktəb Sevinci» adlı kredit kampaniyası da 2% endirimlə təklif edilir və maksimal məbləği 5000 manatdır (6100 USD). Kredit üçün tələb olunan sənədlərə şəxsiyyətini təsdiq edən sənəd, 1-ci sinif şagirdinin doğum haqqında şəhadətnaməsi və iş yerindən arayış təqdim etməklə valideyn 3-24 ay müddətinə kredit ala bilər. Bu kredit məhsulunda 2500 manata (3100 USD) qədər kredit üçün zamin tələb olunmur.

Bundan başqa, «Unibank»ın maksimal məbləği 700 manat təşkil edən, 3-12 ay müddətli «Tələbə Sevinci» kreditinin şərtləri də çox sadədir. Bu krediti almaq istəyənlər, heç bir zamin tələb olunmadan, sadəcə şəxsiyyəti təsdiq edən sənədi və qiymət cədvəlini təqdim etməklə bu imkandan yararlana bilərlər.

«Unibank» ilk dəfə işə başlayanlar üçün 2% endirimlə 3-24 ay müddətinə, maksimal məbləğ 5000 manatadək (6100 USD) olmaqla kreditlər təklif edir. Eyni zamanda, 2500 manatadək (3100 USD) zamin tələb olunmayan nağd kreditləri almaq üçün şəxsiyyəti təsdiq edən sənəd, iş yerindən arayış və əmək kitabçasını təqdim etmək kifayətdir. Qeydiyyata dair tələb yoxdur.

Bank həmçinin təqaüdçü olan vətəndaşlara kreditlər təklif edir. Belə ki, «Təqaüdçü krediti»ni sadəcə şəxsiyyətini təsdiq edən sənədi və təqaüd alması haqqında arayışı təqdim edən və yaşı 65-dən yuxarı olmayan təqaüdçülərə 5000 manatadək (6100 USD) nağd kredit almaq imkanı qazandırır. Kreditin müddəti 3-24 aydır, 2500 manatadək (3100 USD) kredit üçün zamin tələb olunmur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR