Əli Kərimli: “Avropa Məhkəməsinə qarşı konkret iradlarım var”

Əli Kərimli: “Avropa Məhkəməsinə qarşı konkret iradlarım var”
# 20 iyul 2012 13:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Təkcə bizim qurumdan 50 məhkəmə qərarı Avropa İnsan Haqları Məhkəməsinə göndərilib və hələ baxılmayıb. Bu, biabırçılıqdır. Azərbaycandan gedən şikayətlərin 90 faizi baxılmamış saxlanır, icraata qəbul olunmur. Bu işlər baxılmaq həddində olmadığından Azərbaycana qaytarılır. Bu da Azərbaycan vətəndaşlarının bu hüquqi mexanizmdən əlini soyudur”.

APA-nın məlumatına görə, bu fikirləri İctimai Palatada İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) fəaliyyəti ilə bağlı keçirilən yığıncaqda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Ə. Kərimli bildirib ki, onun Avropa Məhkəməsinə qarşı konkret iradları var: “Avropa Məhkəməsi müxtəlif prosedur bəhanələr şətirərək, şikayətlərə baxmır. Bəziləri deyir ki, Avropa məhkəməsi müstəqildir, bu quruma heç bir beynəlxalq təşkilat, hətta Avropa Birliyi və Avropa Şurası da müdaxilə edə bilmir. Həmçinin, bu məhkəmə heç bir ictimai-siyasi faktoru nəzərə almır. Əgər nəzərə almırlarsa, deməli səhv edir. Mən bunu elə hüquqşünas kimi də deyirəm. İstənilən qanun pozuntusunun törədildiyi şərait və hallar nəzərə alınmalıdır. Azərbaycandakı vəziyyəti bilə-bilə, hansısa formal prosedurlar əsasında Azərbaycandan gələn işlərin 90 faizini qəbul etməmək çox böyük səhvdir və bu məsələ ilə bağlı biz səsimizi qaldırmalıyıq, etirazımızı bildirməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR