Sərdar Cəlaloğlu: “İctimai Palatanın mitinqində digər siyasi partiyaları növbəti aksiyaya qatılmağa dəvət etmək qüsurlu yanaşmadır”

Sərdar Cəlaloğlu: “İctimai Palatanın mitinqində digər siyasi partiyaları növbəti aksiyaya qatılmağa dəvət etmək qüsurlu yanaşmadır”
# 09 aprel 2012 10:54 (UTC +04:00)
Həmin siyasi qərar meydanlarda yox, partiyaların siyasi rəhbərliyi tərəfindən verilməlidir. Bu zaman mitinqin strategiyası və taktikası qabaqcadan hazırlanmalıdır. Belə mitinq keçirmək olmaz. Ümumiyyətlə, siyasi partiyalar mitinqlərə belə qeyri-ciddi yanaşdıqda, kütləvi aksiyaların cəmiyyətin həyatında rolu və əhəmiyyəti heçə enir. Ona görə də kim mitinq haqqında qərar verirsə, o da mitinqi keçirməlidir. Başqa partiyaların kənardan dəstək verib-verməməsi artıq onların öz işidir”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. İctimai Palatanın ötən gün keçirdiyi mitinqə münasibət bildirən ADP sədri deyib ki, son illər mitinq taktikasında ən ciddi qüsur Azərbaycan müxalifətinin həmkarlar və qeyri-hökumət təşkilatlarına aid olan məsələləri hədəf seçməsidir: “Bu mitinqlər müxalifətin siyasi hüquqlarının təmini baxımından çox mənfi nəticələr verir. Dünyanın heç bir ölkəsində partiyalar hakimiyyət məsələsi istisna olmaqla, digər məsələlərə dair mitinqlər keçirmir. Azərbaycan müxalifətin ən ciddi qüsurlarından biri məhz bu cür mitinqlər keçirməsidir. Belə kütləvi aksiyalar siyasi hüquqlardan güzəştə gətirib çıxarır. Siyasi inkişafa nail olmaq üçün isə siyasi hüquqlar müdafiə olunmalıdır”.

Ümumilikdə mitinqin keçirilməsini fakt olaraq yüksək qiymətləndirdiyini deyən S. Cəlaloğlu bildirib ki, bu mitinqlərlə ölkədə hansı siyasi inkişafa nail olmağın mümkünlüyünü düşünmək çətindir: “Maraqlıdır ki, həmin mitinq keçirən partiyaların liderlərini Qarabağla bağlı ciddi yığıncağa toplamaq olmur. Dəvət edirsən, iştirak etmirlər. Bunlar isə yanlış bir qərar verir və həmin qərarın icrasına başqalarını da şərik etmək istəyirlər. Bundan sonra isə münasibət bildirmək məcburiyyətində qalırsan. Bunlar hamısı siyasi mədəniyyətə uyğun olmayan hərəkətlərdir. Bu da bizim müxalifətin hələ tam təkmilləşmədiyinin göstəricisidir”.

S. Cəlaloğlu İctimai Palatanın iqtidara yeganə alternativ olduğu haqda mitinqə səslənən çıxışlara da münasibət bildirib: “İqtidarın alternativi müxalifətdir. Belə çıxır ki, Türkiyədə iqtidarın alternativi yalnız Cümhuriyyət Xalq Partiyasıdır? Hakimiyyətə hazır olmaq olar, lakin tək özünü müxalifət hesab etmək kimi yanaşma yanlışdır. Lap yaxşı, hazırdırlarsa, buyurub gedib hakimiyyəti götürsünlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR