Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin «Şekspir» əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası keçiriləcək
05 mart 2012 11:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Akademik Milli Dram Teatrında 6, 10, 11 mart tarixlərində xalq yazıçısı Elçinin «Şekspir» əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə «Üns» Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan «Şekspir» pyesi tezliklə dünya teatr ictimaiyyətinin də diqqətini cəlb edib. Bir sıra xarici ölkələrin teatrları, həmçinin Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən «Avanqard» teatrı, o cümlədən Krımtatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət etdilər. Bu dəfə isə Elçinin «Şekspir» əsəri Akademik Milli Dram Teatrında səhnəyə qoyulacaq. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan «GUAMın teatr məkanı» layihəsinin tərkib hissəsidir. Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq Rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Xalq Artisti Ramiz Novruz (Stalin), Əməkdar Artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (baş həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (həkim), Aslan Şirinov (sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad) Anar Heybətov (Drob 13), Elşən Rüstəmov (Drob 13) və çıxış edirlər.
İncəsənət
Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub
15:42
30 aprel 2024
“Yol əhvalatı”nın Fəridi: Nə vaxta kimi Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək, kinomuz belə də qalacaq - MÜSAHİBƏ
15:09
30 aprel 2024
Gəncə Filarmoniyasında "Gəncədən Bakıya" layihəsi təqdim edilib
12:37
30 aprel 2024
Jerar Depardye Parisdəki polis idarəsindən buraxılıb - YENİLƏNİB
22:51
29 aprel 2024