Azərbaycanda baş verən yol qəzasında qardaş və bacı ölüb

Azərbaycanda baş verən yol qəzasında qardaş və bacı ölüb
# 13 may 2012 20:14 (UTC +04:00)
APA-ın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Əbülfəz Qurbanovun idarə etdiyi, 10 SF 996 dövlət nömrə nişanlı “VAZ-21010” markalı avtomobili aşırıb. Qəza nəticəsində Ə. Qurbanovun həyat yoldaşı Hənifə Qurbanova və qayını Yunus Qurbanov dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə qrupu cəlb olunub. Onların köməkliyi ilə meyitlər avtomaşından çıxarılıb. Avtomaşının sürücüsü yorğun olduğunu və qəza zamanı ani olaraq yuxuya getdiyini bildirib. Onlar Bakıdan Qubaya yas mərasiminə gedirmişlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR