Azərbaycanda çalışdıqları şirkətdən oğurluq edən şəxslər saxlanılıb

Azərbaycanda çalışdıqları şirkətdən oğurluq edən şəxslər saxlanılıb
# 28 aprel 2012 09:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan paytaxtında şirkətdən oğurluq edən şəxslərin həmin şirkətin işçiləri olduğu məlum olub. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, oğurluq hadisəsi aprelin 15-də baş verib. II Zabrat qəsəbəsi, Oktyabr küçəsində yerləşən «MVS» şirkətindən naməlum şəraitdə 80 ədəd qara metaldan olan külçə oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə işləyənlər - Bakı şəhər sakinləri İlyas İbadov, Vilayət Qasımov və Anar Eyyubov aprelin 27-də tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR