Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 6%-dən çox azalıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 6%-dən çox azalıb
# 06 avqust 2015 06:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,1%, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,1%, emal sənayesi üzrə isə 0,9% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin iyul ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 7,1%, metal filizlərinin hasilatı üzrə 2,0%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,7% azalma müşahidə olunub.

İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,9%, kimya sənayesi üzrə 2,1%, metallurgiya sənayesi üzrə 2,0%, neft məhsullarının istehsalı üzrə 1,6%, maşın və avadanlıqların istehsalı üzrə 1,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,5%, toxuculuq sənayesi və poliqrafiya fəaliyyəti üzrə 0,2% aşağı düşüb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 8,5%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 2,4%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,1%, içki istehsalı üzrə 1,0%, geyim istehsalı üzrə 0,9%, mebel və qida məhsullarının istehsalı üzrə 0,2%, tikinti və tütün məmulatlarının istehsalı üzrə 0,1% yüksəlib.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR