Bank Of Baku

Azərbaycanla Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası keçirilib

Azərbaycanla Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası keçirilib
# 28 sentyabr 2026 13:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, iclasda Azərbaycan-Türkiyə gömrük orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi sahəsində Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi, o cümlədən TIR və e-TIR mexanizmlərinin tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin sərhədində yerləşən buraxılış məntəqələrindən sürətli keçidin təmin olunması, yük nəqliyyat vasitələrinin buraxılış imkanlarının artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin tərəflər gömrük işinin müxtəlif istiqamətləri üzrə məlumat mübadiləsinin genişləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, səlahiyyətli iqtisadi operator, güzgülü gömrük statistikası, risklərin idarəedilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinə dair fikir mübadiləsi aparıb, birgə əməliyyatların və təlimlərin keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşün yekununda müzakirə olunan məsələləri və əldə edilmiş razılaşmaları əks etdirən protokol imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR