I rübdə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1,6 mlrd. manat daxil olub

I rübdə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1,6 mlrd. manat daxil olub
# 15 aprel 2015 11:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 600 mln. 752 min manat vəsait daxil olub.

Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da proqnoz tapşırığına 103% əməl edilib.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 mlrd. 55 mln. 742 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR