Livanda növbəti dəfə silsilə partlayışlar törədilib, yaralananlar var

Livanda  növbəti dəfə silsilə partlayışlar törədilib, yaralananlar var
# 28 iyun 2016 02:21 (UTC +04:00)

Bakı-APA. Livanda növbəti dəfə silsilə partlayışlar törədilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iyunun 27-də axşam saatlarında əl-Kaa şəhərində bir-birinin ardınca üç partlayış baş verib.

Terrorçu-kamikadzelər özlərini xristian kilsəsi və şəhər meriyasının önündə partladıblar. Bundan əvvəl isə əl-Kaada baş verən dörd partlayış nəticəsində 6 nəfər ölmüş, 4-ü hərbçilər olmaqla 17 nəfər xəsarət almışdı.

Qeyd edək ki, əl-Kaa şəhəri Livanın paytaxtı Beyrutdan 135 km aralıda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR