BDU-da müəllimlərin maaşının artırılması yeni qaydada həyata keçiriləcək

BDU-da müəllimlərin maaşının artırılması yeni qaydada həyata keçiriləcək
# 09 aprel 2013 10:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il yeni maliyyələşmə sisteminə əsasən Bakı Dövlət Universiteti müəllimlərinin əmək haqları artırılıb.

APA-nın xəbərinə görə, BDU-nun rektoru Abel Məhərrəmov deyib ki, universitetin xüsusi hesabından hər bir professorun əmək haqqı 100 manat, digər pedaqoji işçilərin isə bu məbləğdən az və ya çox olmaqla yüksəlib. Onun sözlərinə görə, bu məsələ çətin iş olduğundan üzərində bir ay mütəmadi çalışılıb.

A.Məhərrəmov qeyd edib ki, gələn tədris ilindən müəllimlərin əmək haqlarının artırılmasının yeni qaydada həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, sentyabr ayında müəllimlərin əmək haqlarının artırılması zamanı pedaqoji işçilərin reytinq cədvəlinə baxılacaq. Reytinq cədvəlinə uyğun olaraq kateqoriyalar ayrılacaq və bu kateqoriyalara əsasən, balı yüksək olan müəllimlərin əmək haqları artırılacaq. Bu proses yalnız bir tədris ili üçün nəzərdə tutulacaq və növbəti tədris ilində bu qayda yenidən təkrarlanacaq. Bununla da təhsilin elm sahəsi daha da stimullaşdırılacaq və inkişaf etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR