Paşha Bank
Bank Of Baku

“Elektron ticarət haqqında” qanunun yalnız ölkədə elektron ticarətə tətbiqinə dair məhdudiyyət ləğv edilir

“Elektron ticarət haqqında” qanunun yalnız ölkədə elektron ticarətə tətbiqinə dair məhdudiyyət ləğv edilir
# 03 noyabr 2026 13:23 (UTC +04:00)

“Elektron ticarət haqqında” qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv edilir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip “Elektron ticarət haqqında” qanuna daxil edilir. Texnoloji neytrallıq elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunmasıdır.

Eyni zamanda ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir, elektron ticarət sahəsində ödəniş üsullarının təkmilləşdirilməsindən irəli gələrək bəzi uyğunlaşdırıcı dəyişikliklər edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR