Türkiyənin Səlcuq Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda təqdimatlar keçirilib

Türkiyənin Səlcuq Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda təqdimatlar keçirilib
# 04 aprel 2015 16:25 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində sənət və tasarım (dizayn), habelə ədəbiyyat fakültələrinin tələbə və müəllim heyəti üçün “Azərbaycan multikulturalizmi” mövzusunda təqdimatlar keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, bunların müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında geniş məlumat verib.

N. Qasımzadə bu tədbirlərdə Azərbaycan hökumətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəverici potensialı ve xüsusiyyətlərinə diqqət çəkərək konkret faktlarla dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb və dinləyicilərdə maraq doğuran məsələlərə aydınlıq gətirib.

Azərbaycan multikulturalizminə həsr olunan bu təqdimatlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xaricdə keçirdiyi layihələr çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR